01 May 2024
ABŞ və Rusiya arasında strateji sabitlik danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyənləşib

ABŞ və Rusiya arasında strateji sabitlik danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyənləşib

10 Avqust 2020
Baxış: 1293

ABŞ və Rusiya arasında keçirilən strateji sabitlik danışıqlarının növbəti mərhələsinin vaxtı müəyyənləşib.

AJM-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Danışıqlar 16-18 avqust tarixlərində Vyanada keçiriləcək”, - deyə nazir müavini vurğulayıb.

Qeyd edək ki, daha öncə, iyunun 22-də S. Ryabkov ABŞ Prezidentinin Silahlara Nəzarət üzrə Xüsusi Elçisi Marşal Billinqsli ilə Vyanada strateji sabitlik mövzusunda danışıqlar keçirib.