26 Aprel 2024
ABŞ Rusiya ilə münaqişə axtarmır

ABŞ Rusiya ilə münaqişə axtarmır

16 Mart 2023
Baxış: 339

Bunu Pentaqonun Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Millli Qara dəniz üzərində PUA insidentinin “müharibə aktı” olub-olmaması ilə bağlı suala cavab verərkən deyib.

"Hadisələr baş verir, ABŞ Rusiya ilə silahlı münaqişə axtarmır", - Mark Milli qeyd edib.

ABŞ-ın yüksək rütbəli hərbi məmuru əlavə edib ki, o, hadisəni "bu baxımdan dəyərləndirməzdi".

“Mənə elə gəlir, bu hadisəni araşdırmalı və irəliyə doğru davam etməliyik”, - Pentaqonun Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri vurğulayıb.