15 May 2024
ABŞ-nin Yaxın Şərqlə bağlı PLANI: “HƏMAS-dan sonra sıra onlara çatacaq..”

ABŞ-nin Yaxın Şərqlə bağlı PLANI: “HƏMAS-dan sonra sıra onlara çatacaq..”

05 Dekabr 2023
Baxış: 305

“İsrailin HƏMAS-a qarşı apardığı hərbi əməliyyat ABŞ tərəfindən koordinasiya olunur”.

Bunu AJMEDİA.İNFO-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Qəzzada HƏMAS-ın mövcudluğu ABŞ-nin Yaxın Şərqdə formalaşdırdığı siyasi nizamı təhdid edirdi:

“HƏMAS Yaxın Şərqdə digər proksi qüvvələrdən fərqli olaraq müstəqil qərar vermə mövqeyinə və müəyyən dərəcədə hakimiyyətə malikdir. Müharibədən əvvəl də HƏMAS-la danışıqlar olub və ondan Qəzzanı təhvil verməyi, silahı yerə qoymağı tələb olunub. Qətərdə və Misirdə ABŞ kəşfiyyatı ilə HƏMAS rəsmiləri arasında danışıqlar baş tutub. Lakin qruplaşma öz mübarizəsindən geri çəkilməyəcəyini vurğulayıb”.

Müsahibimiz deyib ki, Vaşinqton və İsrail kəşfiyyatının HƏMAS-ın məlum hücumundan məlumatı olub:

“ABŞ-nin əsas strateji planı Qəzzadan HƏMAS-ı çıxarıb İsrail sahillərini tam təhlükəsiz vəziyyətə gətirməkdir. HƏMAS-dan sonra növbə Hizbullah”ındır. Hizbullah Livan təhlükəsizlik qüvvələrinə inteqrasiya olunmalı yaxud silahlı yerə qoyub sivil qaydada siyasətlə məşğul olmalıdır”.(Sfera.az)