06 May 2024
ABŞ iqtisadiyyatı ilin birinci rübündə 4,8 faiz azalıb

ABŞ iqtisadiyyatı ilin birinci rübündə 4,8 faiz azalıb

30 Aprel 2020
Baxış: 420

ABŞ Ticarət Nazirliyi 2020-ci ilin birinci rübünə dair ölkə iqtisadiyyatının vəziyyəti barədə hesabat dərc edib.

AZƏRTAC xəbər verir ki, hesabatda ABŞ iqtisadiyyatının on il sabit inkişaf və rekord artım dövründən sonra 2020-ci ilin ilk üç ayı ərzində 4,8 faiz azaldığı bildirilir. Məruzə müəlliflərinin iddialarına görə, iqtisadiyyatın azalma tempi hələ də davam edən pandemiya ilə əlaqədardır.

Hesabatda bunun 2014-cü ildən bəri ilk, 2008-ci ilin qlobal iqtisadi böhranından sonra isə ən yüksək azalma tempi olduğu qeyd edilir. Xatırladaq ki, 2008-ci ildə iqtisadiyyatda 8,4 faiz azalma tempi müşahidə olunmuşdu.

Hesabat müəllifləri hazırkı pandemiya şəraitində tələbatın sürətlə azaldığını və bu böhranın iqtisadiyyatın geniş sektorunu əhatə etdiyini vurğulayırlar. İkinci rübün statistikasının proqnozlarında vəziyyətin daha acınacaqlı olacağı ehtimal edilir.