07 May 2024
ABŞ-ın Ukraynaya göndərəcəyi silahların SİYAHISI YAYILDI

ABŞ-ın Ukraynaya göndərəcəyi silahların SİYAHISI YAYILDI

20 Yanvar 2023
Baxış: 304

Qərb növbəti dəfə Kiyev üçün yeni hərbi yardım paketi hazırlayıb.

AJMEDİA.İNFO bildirir ki, Pentaqonun saytı ABŞ-ın Ukraynaya göndərməyə hazır olduğu silahların siyahısını dərc edib.

Beləliklə, sursat və raketlər arasında yer alanlar:

- NASAMS zenit-raket sistemi üçün sursat;

- 155 mm kalibrli 20 min artilleriya mərmisi;

- Təxminən 600 155 mm M982 Excalibur yüksək dəqiqlikli mərmi;

- 95 min 105 mm-lik artilleriya mərmisi;

- 11.800 120 mm-lik minaatan;

- HIMARS üçün əlavə sursat;

- Əlavə raketlər AGM-88 HARM;

- Təxminən 2 min tank əleyhinə raket;

- Atıcı silahlar üçün 3 milyondan çox patron;

- M18 Claymore piyada əleyhinə minalar.

Pentaqonun Kiyevə təhvil verməyə hazır olduğu hərbi texnikanın siyahısı isə belədir:

- 590 TOW tank əleyhinə raketləri olan 59 M2 Bradley piyada döyüş maşını və 295 min 25 mm-lik sursat;

- 20 mina silindrli 90 Stryker zirehli personal daşıyıcısı;

- 53 MRAP zirehli texnikası;

- 350 HMMWV zirehli texnikası;

- 12 nəqliyyat-yükləyən avtomobil;

- TOW tank əleyhinə sistemləri olan 22 zirehli maşın;

Kremlin sözçüsü Dmitri Peskov isə sözügedən yardım paketi ilə bağlı jurnalistlərə açıqlama verib. O qeyd edib ki, bu texnikalar münaqişə zamanı vəziyyəti əsaslı şəkildə dəyişməyəcək.

“Belə tədarüklər heç nəyi kökündən dəyişdirə bilməyəcək. Yalnız Ukraynaya, onun xalqına problemlər yaradacaq. Digər tərəfdən, Qərb öz avadanlıqlarını Kiyevə verməkdə xeyli çətinliklərlə üzləşir. NATO tanklarının təmirə və texniki xidmətə ehtiyacı olacaq”.(Sfera.az)