25 Aprel 2024
ABŞ-ın Qara dəniz üzərində kəşfiyyat imkanları pisləşib

ABŞ-ın Qara dəniz üzərində kəşfiyyat imkanları pisləşib

29 Mart 2023
Baxış: 456

“MQ-9 Reaper” pilotsuz təyyarəsinin qəzaya düşməsi ilə bağlı insidentdən sonra ABŞ-ın pilotsuz uçan aparatlarının (PUA) Qara dəniz bölgəsində marşrutlarının dəyişdirilməsi ölkənin kəşfiyyat məlumat toplama imkanlarını məhdudlaşdırıb.

Bu barədə “CNN” Pentaqondakı yüksək vəzifəli mənbəyə istinadən məlumat yayıb.

“Marşrutların dəyişdirilməsi kəşfiyyat məlumat toplamaq qabiliyyətimizi mütləq məhdudlaşdırır”-deyə, o bildirib.

Adı açıqlanmayan digər ABŞ rəsmisinin sözlərinə görə, Amerika tərəfinin bu cür tədbirləri Rusiya ilə birbaşa qarşıdurmaya səbəb ola biləcək insidentlərin qarşısını almaq məqsədi daşıyır.

Qeyd edək ki, 14 mart tarixində Qara dəniz üzərində Rusiyanın iki “Su-27” qırıcısı beynəlxalq hava məkanında kəşfiyyat aparan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “MQ-9” dronunun qarşısını almağa cəhd edib. Nəticədə “Su-27”lərdən biri “MQ-9 Reaper” dronuna çırpılıb.