07 May 2024
ABŞ-ı “banan ölkəsi” adlandırdı

ABŞ-ı “banan ölkəsi” adlandırdı

26 Mart 2023
Baxış: 1311

“Amerika Birləşmiş Ştatları indiki administrasiya dövründə “banan ölkəsi” səviyyəsinə enib”.

Bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texas ştatının Vako şəhərində tərəfdarlarının qarşısında çıxışı zamanı bildirib.

“Banan ölkəsi - belə olduq. Ölkəmiz belə olmasına dözməyəcəyik”-deyə, o bildirib.

Tramp, xüsusən də ölkənin sərhədlərinin, səsvermə sisteminin və hüquq-mühafizə orqanlarının siyasi silaha çevrilməsində problemlərinə diqqət çəkib və əlavə edib ki, gələn il ABŞ-da keçiriləcək prezident seçkilərində qalib gələrsə, ədalət sisteminə zərər verən cinayətkarlar məğlub olacaq və çaşqınlıq içində qalacaqlar.

“2024-cü ildə seçkilərdə qalib gələ bilməsək, ölkəmiz məhvə məhkumdur”.