02 May 2024
ABŞ Dəniz Piyadaları kütləvi şəkildə vaksinasiyaya qarşı çıxıblar

ABŞ Dəniz Piyadaları kütləvi şəkildə vaksinasiyaya qarşı çıxıblar

22 Noyabr 2021
Baxış: 444

ABŞ Dəniz Piyadaları Korpusunun on minə yaxın hərbi qulluqçusu koronavirusa qarşı peyvənd olunmaqdan imtina etdiyi üçün xidmətdən qovula bilər.

AJMEDİA.İNFO xəbər verir qeyd edilir ki, dəniz piyadaları arasında peyvəndlənmə səviyyəsi 94% təşkil edir, lakin bu rəqəm ABŞ ordusunda ən aşağı göstəricilərdən biridir. Məsələn, Quru Qoşunlarında əsgərlərin 95%-i, Hərbi Dəniz Qüvvələrində isə 99,7% COVID peyvəndi vurdurub.

Peyvəndlə bağlı vəziyyətin Korpus rəhbərliyini narahat etdiyi bildirilir, çünki həmişə ən sərt nizam-intizamı olan dəniz piyadaları əmrə tabe olmamaq qərarına gəliblər.

ABŞ Hərbi Dəniz Qüvvələrinin katibi Karlos del Toronun məlumatına görə, peyvənddən imtina ilə bağlı hər bir hadisə ayrıca nəzərdən keçiriləcək, koronavirusa qarşı peyvənd müddəti bitən günə kimi heç bir hərbçiləri işdən çıxarmayacaq.

Xatırladaq ki, ABŞ Dövlət Təhqiqatlar Bürosu onların 170-ə yaxın əməkdaşının koronavirusa qarşı peyvənd olunmadığını, lakin vəzifələrini yerinə yetirməkdə davam etdiyini bildirmişdi.

The Washington Post