01 May 2024
ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

ABŞ-da üçüncü doz vaksinasiya çağırışı edilib

24 Sentyabr 2021
Baxış: 396

ABŞ-da 65 yaşdan yuxarı insanlar, qocalar evlərində qalanlar və 50-64 yaşlarında ciddi sağlamlıq problemləri olanlar üçüncü doz vaksin olunacaqlar.

AJMEDİA.İNFO xəbər verir ki, bunu ABŞ-ın Xəstəliklərə Nəzarət və qarşısının Alınması Mərkəzlərinin direktoru Roçel Valenski deyib.

Tibb mütəxəssisləri və riskli işlərdə çalışanlar da bu siyahıya daxildir.

Qərara görə, üçüncü doz vaksin ikinci dozdan altı ay sonra tətbiq edilməlidir.