01 May 2024
ABŞ bu erməniləri axtarır - ŞOK SƏBƏB

ABŞ bu erməniləri axtarır - ŞOK SƏBƏB

18 Noyabr 2021
Baxış: 954

ABŞ-ın Kaliforniya ştatında erməni ər-arvad koronavirus xəstələrinə yardım fondundan 20 milyon dollardan çox vəsait mənimsəyib.

AJMEDİA.İNFO “News.am” saytına istinadən xəbər verir ki, 43 yaşlı Riçard Ayvazyan 17 il, 37 yaşlı yoldaşı Marietta Terabelyan isə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Sözügedən şəxslər polisdən gizlənməyi bacardığı üçün hökm qiyabi olaraq çıxarılıb. Evli cütlük bank dələduzluğu və çirkli pulların yuyulmasında ittiham olunur.

Federal məmurlar bildirib ki, cütlük avqustun 29-u elektron qandallarını açaraq yoxa çıxıblar. Onlar barədə polisə məlumat verən şəxsə 20 000 dollar mükafat vəd edilib.