26 Aprel 2024
"24 saat ərzində sülh..." - Trampdan Ukrayna savaşı ilə bağlı VACİB AÇIQLAMA

"24 saat ərzində sülh..." - Trampdan Ukrayna savaşı ilə bağlı VACİB AÇIQLAMA

03 Fevral 2023
Baxış: 294

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Ukrayna savaşından danışıb.

AJMEDİA.İNFO bildirir ki, o, Vaşinqtonun münaqişəni sülh yolu ilə həll etməli olduğunu və bunun üçün danışıqların zərurətini vurğulayıb. Tramp bu barədə amerikalı radio aparıcısı Haf Hevitə müsahibəsində deyib.

“Hesab edirəm ki, ABŞ bu iki ölkə arasında sülh danışıqları aparmalıdır. O cümlədən, Kiyevə silah tədarükü məsələsində mülayim olmalı, onları bu qədər hərbi sursatla təmin etməməlidir”, - Tramp söyləyib.

Sabiq prezident həmçinin bildirib ki, ABŞ-ın avropalı müttəfiqləri də daha çox şey etməlidirlər: “Çünki Avropa Birləşmiş Ştatların etdiklərinin yalnız kiçik bir hissəsini edir. Əlbəttə, bu münaqişə hamı üçün pisdir, lakin bu, bizim ölkədən daha çox Avropaya təsir edir”.

Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ prezidenti Co Bayden administrasiyasının Ukraynadakı münaqişə ilə bağlı siyasətinin üçüncü dünya müharibəsi təhlükəsi yarada biləcəyi barədə fikir bildirib. O, həmçinin "24 saat ərzində" sülhə nail ola biləcəyinə əminliyini ifadə edib, lakin mövcud problemin necə həll oluna biləcəyini izah etməyib. (sfera.az)