07 May 2024
15 yaşlı gənc selfi çəkmək istəyərkən hündürlükdən yıxılaraq öldü - ANBAAN VİDEO

15 yaşlı gənc selfi çəkmək istəyərkən hündürlükdən yıxılaraq öldü - ANBAAN VİDEO

30 Oktyabr 2022
Baxış: 560

Türkiyədə 4 mərtəbəli binanın damında selfi çəkmək istəyərkən hündürlükdən yıxılan 15 yaşlı Melike Gün Kanavuzlar müalicə aldığı xəstəxanada həyatını itirib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə Türkiyənin Muğla şəhərində meydana gəlib.

Sözügedən hadisə oktyabr ayının 12-də baş verib. Binanın damında əlindən düşən telefonu götürmək üçün əyilən gənc qız müvazinətini itirərək beton döşəməyə yıxılıb.

Ağır yaralanan qızın yıxılması və ondan sonrakı anlar saniyə-saniyə təhlükəsizlik kameralarına əks olunub. Xəbər üzərinə hadisə yerinə təcili yardım və polis qrupları sövq edilib . Qısa müddətdə hadisə yerinə gələn təcili yardım qrupları ilkin tibbi yardımı göstərərək gənc qızı xəstəxanaya çatdırıblar.

Selfie sonu oldu, metrelerce yükseklikten düşen genç kız kurtarılamadı

Ortaca Dövlət Xəstəxanasında edilən ilk müdaxilədən sonra vəziyyəti ağır olan Melike Gün başqa xəstəxanaya köçürülüb və reanimasiya şöbəsində müalicə olunub. Günlərdir xəstəxanada həyat mübarizəsi aparan gənc qız həkimlərin bütün cəhdlərinə baxmayaraq həyatını itirib.

Gənc qızın ölüm xəbəri onun ailəsini və bütün sevdiklərini şoka salıb.

Musavat.com

Selfie sonu oldu, metrelerce yükseklikten düşen genç kız kurtarılamadı