25 Aprel 2024
134 milyonluq sığortanın 73%-ini “Paşa Sığorta" yığıb

134 milyonluq sığortanın 73%-ini “Paşa Sığorta" yığıb

23 Fevral 2023
Baxış: 2848

Bu ilin yanvar ayında ölkədə fəaliyyət göstərən 20 sığorta şirkəti tərəfindən yığılan 133 milyon 948 min manat məbləğində sığorta haqqının yarıdan çoxunu – 72,5%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb.
AJMEDİA.İNFO
bildirir ki, Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, "Paşa Həyat Sığorta" və "Paşa Sığorta" şirkətlərinin topladığı sığorta haqqı 97 milyon 175 min manat olub.
Qeyd edək ki, “Paşa Sığorta” ASC aktivlərinə görə (15,5 milyard manat) ölkənin ən böyük şirkəti olan “Paşa Holdinq”ə məxsusdur. Nizamnamə kapitalı 50 milyon manat olan “Paşa Sığorta” ASC 2006-cı ildə təsis olunub.
Ən çox sığorta haqqı toplayanların ilk 5-liyinə 8 milyon 997 min manatlıq yığımla “Aqrar Sığorta” ASC, 4 milyon 595 min manatlıq yığımla “Xalq Sığorta” ASC, 3 milyon 416 min manatlıq yığımla “Atəşgah Həyat” ASC, 3 milyon 152 min manatlıq yığımla “Meqa Sığorta” ASC daxildir.
Ən az sığorta haqqı toplayan şirkət isə 143 min manatlıq yığımla "Naxçıvansığorta" ASC olub.