06 May 2024
Yığmanın futbolçusu GÜLLƏLƏNDİ - FOTO

Yığmanın futbolçusu GÜLLƏLƏNDİ - FOTO

06 Sentyabr 2023
Baxış: 521

Daha bir futbolçu güllələnərək öldürülüb.

AJMEDİA.İNFO xəbər verir ki, Panama millisinin müdafiəçisi Gilberto Ernandes 26 yaşında vəfat edib.

Futbolçu Kolon şəhərində güllələnib. O, dostları ilə kəndin mərkəzində olduğu zaman taksi ilə gələn şəxslər onu güllələyiblər. Hadisə zamanı 7 nəfər də yaralanıb. Şübhəli şəxslərdən saxlanılanlar var.

Qeyd edək ki, 2017-ci ildə başqa bir panamalı futbolçu, yarımmüdafiəçi Amilkar Enrikes də analoji şəkildə ölüb.(Apasport.az)