02 May 2024
Yaponiyada fırtına səbəbindən təyyarə uçuşları dayandırılıb, yaralılar var

Yaponiyada fırtına səbəbindən təyyarə uçuşları dayandırılıb, yaralılar var

24 İyul 2021
Baxış: 839

Yaponiyanın cənubunda keçən çərşənbə axşamı günündən bəri tropik fırtına davam edir. Okinava prefekturasında bu həftənin əvvəlində “İn-fa” fırtınası ciddi fəsadlar törədib.

AJM xəbər verir ki, bu barədə yerli “NHK” telekanalı məlumat yayıb.

Ölkənin meteoroloji idarəsinin məlumatına görə, fırtına nəticəsində azı beş nəfər xəsarət alıb. Ölkənin mərkəz hissəsində küləyin sürəti təxminən 40 m/s, bəzən isə 55 m/s-yə çatıb.

Okinavanın “Naha” əsas hava limanında azı 56 daxili uçuş ləğv edilib. Bölgənin bəzi yerlərində dənizdə dalğanın hündürlüyü 10 m-ə çatdığı üçün bərə xidməti dayandırılıb.

Teqlər: Yaponiya