06 May 2024
Xızıda həmyerlisini öldürən yeniyetmənin cəzası artırıldı

Xızıda həmyerlisini öldürən yeniyetmənin cəzası artırıldı

28 Dekabr 2021
Baxış: 787

Sumqayıt Apellyasiya Məhkəməsində Xızıda qətl törətməkdə təqsirləndirilən yeniyetmə V.Ə-nin (ad, soyadı şərti) cəzası artırılıb.

Hakim Elman Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, dövlət ittihamçısının verdiyi apellyasiya protesti təmin olunub.

Belə ki, təqsirləndirilən şəxsə təyin olunan 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin mart ayının 15-də Şorabad qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini, 2004-cü il təvəllüdlü V.Ə 2003-cu il təvəllüdlü A.Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Daha sonra yeniyetmə Xızı Rayon Polis Şöbəsi əməkdaşlar tərəfindən şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.