15 May 2024
Viktor Orban: “İki ayaq üzərində dayanmaq həmişə yaxşıdır”

Viktor Orban: “İki ayaq üzərində dayanmaq həmişə yaxşıdır”

23 May 2023
Baxış: 454

Macarıstan artıq yanacağını Avropaya çatdıran Qətərdən mayeləşdirilmiş təbii qaz alacaq və çatışmayan Rusiya qazını onunla əvəz edəcək.

Bu barədə Macarıstanın Baş naziri Viktor Orban Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə görüşündən sonra bildirib.

“Son bir ildə Qətərin Avropa üçün əsas ölkə olduğunu anladıq. Oradan gələn LNG sayəsində Avropa iqtisadiyyatında çatışmayan Rusiya qazının əhəmiyyətli bir hissəsini əvəz etdik. Biz də ondan qaz alacağıq. Bir ayaq üstündə durmaqdansa, iki ayaq üzərində dayanmaq həmişə yaxşıdır”-deyə, o bildirib.

Onun sözlərinə görə, hər iki ölkə infrastrukturun, hava limanlarının inkişafı barədə, rabitə və kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında razılığa gəlib: “Qətər-Macarıstan iqtisadi əməkdaşlığı üçün yaxşı perspektivlər açılıb”.

Teqlər: