15 May 2024
“Vaqnerçilər”in Rusiyada bir şəhəri ələ keçirdiyi bildirilir - Video

“Vaqnerçilər”in Rusiyada bir şəhəri ələ keçirdiyi bildirilir - Video

24 İyun 2023
Baxış: 510

Rusiyanın Rostov-na-Donu şəhərində həftəsonu planlaşdırılan kütləvi tədbirlər ləğv edilib.
Bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev Teleqram kanalında yazıb.
Qolubev vətəndaşları şəhərin mərkəzinə getməkdən çəkinməyə və evlərini tərk etməməyə çağırıb.
“Vaqner” PMC qüvvələrinin şəhəri ələ keçirdiyi bildirilir.
Belə ki, Rusiya mətbuatında şəhər mərkəzinə yeridilmiş hərbi texnikanın görüntüləri yayılıb.


Qeyd edək ki, “Vaqner” PMC-nin təsisçisi və rəhbəri Yevgeni Priqojin ötən gün Rusiya Müdafiə Nazirliyini artilleriya və hücum helikopterlərindən istifadə etməklə onun yarımhərbi birləşməsinin arxa düşərgələrinə raket zərbələri endirməkdə ittiham edib. Priqojinin Teleqram kanalında yayılan səs yazısında PMC-nin “ölkənin hərbi rəhbərliyinin daşıdığı şər”i dayandırmaq niyyətində olduğu bəyan edilib. Bildirilib ki, qarşılarına çıxan bütün maneələr məhv ediləcək.
Priqojin, “ədalətin bərpasından sonra” “Vaqner” PMC-ni Ukrayna cəbhəsinə qaytaracağına söz verib. O, sərəncamında 25 min döyüşçünün olduğunu əlavə edib və nizami ordu hərbçiləri də daxil olmaqla, bütün istəkli rusları onlara qoşulmağa çağırıb.yeniavaz.com