06 May 2024
Ümumdünya İqlim konfransında Azərbaycan bir sıra beynəlxalq təşəbbüslərə qoşuldu

Ümumdünya İqlim konfransında Azərbaycan bir sıra beynəlxalq təşəbbüslərə qoşuldu

03 Noyabr 2021
Baxış: 593

Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəfləri Konfransının 26-cı sessiyasında (COP 26) Azərbaycan iqlim dəyişmələrinə təsirlərin azaldılması və iqlim dəyişmələrinə uyğunlaşma üzrə beynəlxalq səyləri dəstəkləyərək bir sıra beynəlxalq təşəbbüslərə qoşulub.

AJMEDİA.İNFO xəbər verir ki, konfransda iştirak edən Azərbaycanın nümayəndə heyətinin rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev qeyd edib ki, Azərbaycan “Meşə və Torpaqdan İstifadəyə dair Qlazqo Liderlər Bəyannaməsi”, “Yaşıl Şəbəkə Təşəbbüsü - Bir Günəş, Bir Dünya, Bir Şəbəkə”, “İqlim Dəyişmələrinə Uyğunlaşma və Dayanıqlıq üçün Ambisiyaların Artırılması”, “Qlobal Okean Alyansı”, “Qlazqo Nailiyyətləri”, “100% Sıfır Emissiyalı Avtomobillərə Keçidin Sürətləndirilməsi”, “Beynəlxalq Miqyasda Ədalətli Keçid”, “Kömürdən Təmiz Enerjiyə Qlobal Keçid” kimi bir sıra təşəbbüsləri dəstəkləyib.