15 May 2024
Türkmənistanda qadınlara bu da YASAQLANDI - ŞOK QADAĞA

Türkmənistanda qadınlara bu da YASAQLANDI - ŞOK QADAĞA

15 İyun 2022
Baxış: 512

Türkmənistanda qadınlar üçün kosmetika satan mağazalar yoxlanılmağa başlayıb.

AJMEDİA.İNFO xəbər verir ki, rəflərdən istehlakçıların "sağlamlığına və görünüşünə" zərər verə biləcək kosmetik vasitələrin çıxarılmasını tələb edirlər.

Satıcıların və alıcıların dediyinə görə, müfəttişlər nəyin satıla biləcəyini, nəyin satıla bilməyəcəyini təxmini müəyyən edirlər.

Bir qayda olaraq, rəflərdən dırnaq boyası, dodaq boyası, tuşu yığışdırmağı tələb olunur.

Gigiyena vasitələri - şampunlar, gellər və kremlərin satışına icazə verilir.

Qeyd edək ki, aptel ayından etibarən Türkmənistanda kosmetik xidmətlərin göstərilməsinin qadağan edilib.

Bildirilir ki, salon sahiblərinə qadağanın pozulması halında ağır cərimələr və 15 sutka həbslə bağlı xəbərdarlıq edilir.

Amma onlar xəbərdarlıq edirlər ki, qadağanı pozan və yuxarıda göstərilən xidmətlərdən istifadə edən qadınlar “bədənində yad əşyalardan istifadə etdikdə” saxlanılaraq 300-500 manat cərimə oluna bilərlər. Bu xidmətləri göstərən ustalar isə 500-1000 manat cərimə olunacaq və ya 15 gün müddətinə həbs ediləcəklər.(redaktor.az)