06 May 2024
“TikTok”un Azərbaycan seqmentində yeni trend: Hədiyyə qarşılığında fala baxırlar - VİDEO

“TikTok”un Azərbaycan seqmentində yeni trend: Hədiyyə qarşılığında fala baxırlar - VİDEO

01 Fevral 2024
Baxış: 418

Falçılar, baxıcılıq edən şəxslər artıq fəaliyyətlərini sosial şəbəkələrə daşıyıblar. Əvvəl üzlərini gizlədirdilərsə, “xidmətlər”inin qurbanları artdığından kələkbazlar indi açıq formada bu işi davam etdirirlər.

AJMEDİA.İNFO Oxu.Az-a istinadən xəbər verir ki, heç çəkinmədən “TikTok” platformasında canlı yayım açan bu şəxslər insanlara gələcək barədə məlumat verdiklərini iddia edirlər.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, sosial şəbəkələrdə “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişdirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır:

“Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. Sosial şəbəkə istifadəçilərinə bu kimi hallarda diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadıqları şəxslərlə paylaşmamağı tövsiyə edirik”.