15 May 2024
Surət Hüseynovu Moskvada zəhərləyiblər? - Jurnalistdən ŞOK İDDİA

Surət Hüseynovu Moskvada zəhərləyiblər? - Jurnalistdən ŞOK İDDİA

01 Avqust 2023
Baxış: 421

Qiyamçı polkovnik Surət Hüseynovu Moskvada zəhərləyiblər.

AJMEDİA.İNFO xəbər verir ki, bu iddia ilə jurnalist Aygun Muradxanlı sosial şəbəkə hesabında çıxış edib.

O, bildirib ki, dünən Surət Hüseynovun ölməsi haqqında xəbər alan kimi İstanbuldakı dostlara zəng edib:

"Az sonra mesaj aldım - uçaqdan ölüsü düşürülüb, ambulans dövlət xəstəxanasına aparıb. 20 dəqiqə sonra ikinci mesaj - qarşılayan şəxslər hava limanından çıxmadığını görüb informasiya xidmətindən öyrəniblər ki, Arnavutköyə aparılıb. Qaçıblar ora, cavab alıblar ki, nəbz-filan yoxdur. İsrar ediblər ki, verin Medipola aparırıq. Medipolda doktoru varmış. Bu da ölüb axı, morqa getməlidir. Əlqərəz, Medipoldakı doktoru sənəd məsələsini həll edib aparıblar ora. Elektroşok-filan… nəbz 000".

A.Muradxanlı daha sonra qeyd edib ki, səhər rəsmi xəbərlərdə Medipolda qəbul zamanı nəbzin, nəfəsin, heç bir həyat əlamətinin olmadığının müəyyən olunduğunu oxuyub:

"Qoy üçüncü mesajı - ən əsası da deyim. Dünən dərisinə saman təpiblər - yəni yarıblar. Ölüm səbəbini öyrənmək üçün. Rəsmi sonuc açıqlanmayıb. Qeyri-rəsmi sonuc - asta ölümə səbəb olan zəhərlənmə. Öncə ürək ritmi, sonra təzyiq, sonra keyimə…, həm də həftələrlə…

Belə başa düşdüm, Moskvada olan olub. Sonra görüb çarə edən yoxdur, Türkiyəyə gəlməyi düşünüb.

Bu arada, Türkiyədəki ilk həkim raporunda ölüm səbəbi - “adli durum” yazıb. Adli durum - hansısa təhrik, cinayət səbəbi ilə ölmə, ya da intihar. Yəni ilk müayinə edən doktor hansısa kənar müdaxilədən şübhələnib və bunu sənədləşdirib. Böyük ehtimal dərinin rəngində, göz qişasında, dilin rəngində zəhərlənmə əlamətləri görüb.

Belə… Rusiya öz nökərlərini belə öldürür. Özü də dərisinə saman təpir. Türkiyə isə Rusiyanın etdiklərini üzə çıxarır".