15 May 2024
Son sutkada koronavirusa yoluxma ARTDI - ÖLƏN VAR

Son sutkada koronavirusa yoluxma ARTDI - ÖLƏN VAR

10 İyun 2022
Baxış: 430

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 16 yeni yoluxma faktı qeydə alınıb, 6 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, nətiəsi pozitiv çıxan 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 792 863 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 076 nəfər müalicə olunaraq sağalıb, 9 715 nəfər vəfat edib. 72 nəfər aktiv xəstə sayını təşkil edib.