Azərbaycan vətəndaşları daha bir ölkəyə vizasız gedə bilərlə...
1 saat əvvəlSəlçuk Bayraktar Türkiyədə müalicə olunan Qarabağ qazilərini qonaq etdi - FOTO
24 Dekabr 2021
Baxış: 464
“Baykar” şirkətinin texniki direktoru Səlçuk Bayraktar Türkiyədə müalicə olunan Qarabağ qazilərini qonaq edib.
AJMEDİA.İNFO xəbər verir ki, “Türkiyədə müalicə alan Qarabağ qazisi azərbaycanlı qardaşlarımızı Özdemir Bayraktar Milli İHA Ar-Ge və İstehsalat Kampusunda qonaq etdik. Şəhidlərimizi “Bir millət, iki dövlət” deyərək yad etdik. Şəhidlərimizin ruhu şad olsun!”, - deyə “Qarabağ Azərbaycandır” həştəqi ilə “Baykar”ın rəsmi “Twitter” hesabında qeyd edilib.
S.Bayraktar da “Twitter” hesabında qazilərlə fotolar paylaşıb.
Tvitində Azərbaycan və Türkiyə bayraqlarına yer verən Bayraktar qeyd edib:
“Əsirlikdə inləyən Vətənimiz üçün Qarabağdakı şəhidlərimizin ruhu ilə birlikdə bədənlərinin bir hissəsini əbədiyyətə yola saldılar... Eşq olsun Türk ordularına”, - deyə o paylaşımında yazıb.
Esaretin altında inleyen Vatanımız için vücutlarının bir parçasını Karabağ'da şehitlerimizin ruhlarıyla birlikte ebediyete uğurladılar...
— Selçuk Bayraktar (@Selcuk) December 24, 2021
Şimdi şahinler gibi özgürce süzülüyor yürekleri, azad edilmiş toprakların dağlık semalarında...
Eşq olsun Türk Ordularına... 🇹🇷 🇦🇿 pic.twitter.com/avCI9mx9vu