02 May 2024
Ruslarla zarafat ona baha başa gəldi - Azərbaycanlı aktyor HƏBS EDİLDİ

Ruslarla zarafat ona baha başa gəldi - Azərbaycanlı aktyor HƏBS EDİLDİ

11 Avqust 2021
Baxış: 737

Azərbaycanlı komediya ustası ruslarla bağlı “zarafat” etdiyinə görə 10 gün həbs edilib.

AJMEDİA.İNFO rus mediasına istinadən xəbər verir ki, Moskvanın Taganski Məhkəməsi 1 saylı Stand-up Klubunun komediyaçısı və yaradıcı prodüseri İdrak Mirzəlizadəni nifrət və düşmənçiliyə təhrik etmə maddəsi ilə təqsirli bilib və ona 10 günlük inzibati həbs cəzası verilib.

Qeyd edək ki, iyulun sonunda Moskva Mərkəzi İnzibati Dairəsinin prokurorluğu “Razgony” verilişinin buraxılışında bir zarafata görə nifrətə təhrik etməklə bağlı İnzibati Xətalar Məcəlləsi ilə iş açıb.

Prokurorluq yoxlaması zamanı onun milli zəmində bir xalqın dil və psixoloji alçaldılması və aşağılamasını özündə əks etdirən ifadələri açıq şəkildə söylədiyi müəyyən edilib.

Mirzəlizadə bu verilişdə milliyyətinə görə mənzil axtararkən qarşılaşdığı çətinliklərdən danışıb.

Onun sözlərinə görə, nəticədə özündən əvvəl “ruslar” ın kirayə qaldığı mənzilə köçüb və otaqda nəcislə çirklənmiş döşək tapıb. “Görünür, ruslar özlərini nəcislə ləkələyirlər” – azərbaycanlı komediyaçı yayım zamanı deyib.(konkret.az)