Azərbaycanda uşağa görə bu ailələrə 435 AZN pul veriləcək -...
16 dəqiqə əvvəlRusiyada koronavirusdan ölənlərin sayı 11 mini ötüb
10 İyul 2020
Baxış: 409
Rusiyada son sutka ərzində daha 6 635 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
AJM-nın Moskva müxbirinin operativ qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 713 936 nəfərə çatıb.
Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 11 017 nəfərə çatıb.
Xəstəlikdən sağalanların sayı 489 068 nəfərdir.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.