02 May 2024
Rusiya Belarusa “İsgəndər-M” zenit-raket kompleksi verib

Rusiya Belarusa “İsgəndər-M” zenit-raket kompleksi verib

04 Aprel 2023
Baxış: 565

“Rusiya Belarusa “İsgəndər-M” zenit-raket kompleksi verib”.

Bunu Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu deyib.

Onun sözlərinə görə, bu kompleks adi və nüvə raketlərindən istifadə edə bilər: “Aprelin 3-dən Rusiya poliqonunda Belarus ekipajlarına İttifaq dövlətini qorumaq üçün komplekslərdən istifadə qaydası üzrə təlimlər başlayıb”.

S.Şoyqu həmçinin söyləyib ki, NATO anti-Rusiya kursunu gücləndirir, Ukraynaya hərbi yardımı artırır, döyüş hazırlığını artırmaq üçün tədbirlər həyata keçirir: “Yaxın vaxtlarda Finlandiya da Alyansa üzv olacaq. Bütün bunlar münaqişənin əhəmiyyətli dərəcədə genişlənməsi riskləri yaradır, lakin bu, xüsusi əməliyyatın nəticələrinə təsir etməyəcək”.