06 May 2024
Ramzan Kadırovdan Qazaxıstan xalqına: "Buna görə cavab verəcəksiniz”

Ramzan Kadırovdan Qazaxıstan xalqına: "Buna görə cavab verəcəksiniz”

06 Yanvar 2022
Baxış: 794

“Biz Qazaxıstanın taleyinə biganə deyilik. Atam orada doğulub, babamın qardaşı orada dəfn olunub. Qardaş Qazax xalqı ən çətin anlarımızda bizə sığınacaq verib”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov bildirib.

O, Qazax xalqını təxribatçılara qoşulmamağa çağırıb:

“Qazın qiymətinə görə insanlar küçələrə çıxdı: məhv edirlər, öldürürlər. Nə üçün aqressiv davranmaq lazımdır? Polisləri döyürlər. Cinayətlər törədirlər və buna görə sonra cəzalandırılacaqlar. Müharibə heç vaxt yaxşılığa aparmır, müharibə məhv edir və öldürür… Bu etirazların başında duranlardan xahiş edirəm, dayansınlar. Uca Allahdan qorxun, axirətdə buna görə cavab verəcəksiniz”.