06 May 2024
“Qərb bizə təslim olmağı təklif edir…” – Zelenskinin “sağ əli”ndən SENSASİON AÇIQLAMA

“Qərb bizə təslim olmağı təklif edir…” – Zelenskinin “sağ əli”ndən SENSASİON AÇIQLAMA

21 Noyabr 2022
Baxış: 393

Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak Qərbi açıq şəkildə tənqid edib.

AJMEDİA.İNFO “Daily Mail”ə istinadən xəbər verir ki, Podolyak Qərbdən gələn mesajı ictimaiyyətə açıqlayıb.

“Döyüş meydanında təşəbbüskar olsanız da, hər şeyi hərbi yollarla həll edə bilməyəcəksiniz, danışıqlar aparmalısınız” kimi təkliflər almaq bir az qəribədir” - Podolyak deyib.

O, Qərbin Ukraynanı sülh danışıqlarına razı salmaq üçün göstərdiyi “qəribə” cəhdləri pisləyib. Zelenskinin müşaviri əlavə edib ki, bu, torpaqlarını geri alan ölkənin itirən ölkəyə təslim olması demək olacaq.

ABŞ-ın aparıcı qəzetlərindən olan “Washington Post” ABŞ-ın son həftələrdə Ukraynaya Rusiya ilə danışıqlar aparması üçün təzyiq göstərdiyini yazıb.

Qəzet adı açıqlanmayan mənbələrə istinad edərək, ABŞ rəsmilərinin tələbinin Ukraynanı danışıqlar masasına oturtmaq məqsədi daşımadığını vurğulayıb.

Sözügedən mənbələrə görə, ABŞ Zelenskiyə təzyiq edir ki, nüvə müharibəsi qorxusunun artması fonunda Putinlə görüşə qoyulan qadağanı ləğv etsin və müharibəni bitirsin.(musavat.com)