06 May 2024
Putin və Lukaşenko Moskvada görüşəcəklər

Putin və Lukaşenko Moskvada görüşəcəklər

30 Avqust 2020
Baxış: 1255

Rusiya və Belarus prezidenti Vladimir Putin və Aleksandr Lukaşenko arasında telefon danışığı olub .

AJM-nın Moskva müxbirinin Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Putin belaruslu həmkarını doğum günü münasibətilə təbrik edib.

"Prezidentlər Rusiya - Belarus ittifaqının möhkəmləndirilməsi və bütün istiqamətlərdə qarşılıqlı sərfəli əməkdaşlığın genişləndirilmək niyyətində olduqlarını təsdiqləyiblər.

Yaxın həftələrdə Moskvada görüş keçirmələrini razılaşdırıblar", - deyə Kremlin məlumatında qeyd olunub .