02 May 2024
Putin nöqtəni qoydu: “Rusiyanın geri çəkiləcək yeri yoxdur”

Putin nöqtəni qoydu: “Rusiyanın geri çəkiləcək yeri yoxdur”

22 Dekabr 2021
Baxış: 482

ABŞ və onun müttəfiqləri başa düşməlidirlər ki, Vaşinqtonun Ukrayna ilə bağlı planlarına görə Rusiyanın sadəcə olaraq geri çəkiləcək yeri yoxdur.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Onların indi Ukrayna ərazisində etdikləri və ya etməyə çalışdıqları və planlaşdırdıqları haqda deyə bilərəm ki, bu, bizim milli sərhədimizdən min kilometr uzaqlıqda deyil, bu, bizim evimizin astanasındadır”, - dövlət başçısı bildirib.

Putin həmçinin xatırladıb ki, Vaşinqton əvvəllər də dəfələrlə başqa ölkələrin daxili işlərinə qarışıb. O, xüsusilə İraq, Suriya və Yuqoslaviyadan söhbət getdiyini deyib.(Teleqraf.com)

Teqlər: Putin