06 May 2024
"Polşaya raketi Rusiya yox, Ukrayna atıb" - ŞOK İDDİA

"Polşaya raketi Rusiya yox, Ukrayna atıb" - ŞOK İDDİA

16 Noyabr 2022
Baxış: 376

Polşa ərazisinə, Ukrayna ilə sərhədə düşən raket Ukrayna silahlı qüvvələri tərəfindən buraxılıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə "Associated Press" məlumat verib.



Qeyd edək ki, ötən gün Rusiya kritik infrastrukturu məhv etmək üçün Ukrayna ərazisinə kütləvi raket hücumu həyata keçirib, bundan sonra Polşa-Ukrayna sərhədindən 8 km aralıda yerləşən kənd ərazisinə Rusiya istehsalı mərmi düşüb. Sözügedən mərminin Rusiya yaxud Ukrayna tərəfindən atılması məsələsi mübahisəli mövzuya çevrilib.

Xatırladaq ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edir və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görürlər.(sfera.az)