15 May 2024
Paşinyan türk olduğunu “ETİRAF" ETDİ - VİDEO

Paşinyan türk olduğunu “ETİRAF" ETDİ - VİDEO

08 İyun 2022
Baxış: 513

Ermənistan Baş naziri Nikol Paşinyan növbəti dəfə ölkəsində rezonans doğuran hadisənin mərkəzinə düşüb.

AJMEDİA.İNFO xəbər verir ki, erməni lider məkanlardan birinin çıxışında jurnalistlərin suallarına tuş gəlib.

N.Paşinyan jurnalistlərdən birinin “özünüzü türk hesab edirsinizmi?” sualına “hə” cavabını verib. Həmin anın videosu sosial şəbəkələrdə sürətlə yayılıb.

Paşinyanın müxalifətyönlü jurnalistə verdiyi cavabı sosial şəbəkənin erməni seqmentində qəzəb dalğasına səbəb olub.

Teqlər: Paşinyan