06 May 2024
“Neftçi” Pato ilə anlaşdı - VİDEO

“Neftçi” Pato ilə anlaşdı - VİDEO

21 Yanvar 2022
Baxış: 618

“Neftçi” braziliyalı futbolçu Gilyerme Patonun transferini açıqlayıb.

AJMEDİA.İNFO xəbər verir ki,Paytaxt klubu bununla bağlı sosial şəbəkə hesablarında video paylaşıb.

21 yaşlı hücumçu ilə müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, “İnternasional”ın yetirməsi olan Gilyerme Pato 2020/2021 mövsümündə icarə əsasında “Ponte Preta”da, 2021-ci ilin ikinci yarısında isə “Kuyaba”da çıxış edib.

Teqlər: Neftçi