06 May 2024
Nebraska sakini, sinaqoqda vandalizm etdiyi üçün həbs olundu

Nebraska sakini, sinaqoqda vandalizm etdiyi üçün həbs olundu

26 Fevral 2020
Baxış: 442

ajmedia.info KE TV-yə istinadən xəbər verir ki, 21 yaşlı Nebraska sakini Noah Miller 21 fevral Cümə axşamı yerli sinaqoqda vandalizm etdiyinə görə tutulub.

Televiziya kanalının verdiyi məlumata görə, tutulan şəxs, keçən ay Linkoln şəhərində bir sinaqoqun qapısına bir antisemitizm şüarı çəkməkdə şübhəli bilinib.

Nebraska polisi hadisəni nifrət cinayəti kimi araşdırır.

Linkolndakı sinaqoqun təhqir edilməsi, son aylar Nebraskadakı ilk antisemitizm hadisəsi deyil. Noyabrın əvvəlində naməlum şəxslər Omaha şimal-şərqindəki bir yəhudi qəbiristanlığında vandalizm aktı törədərək 75 qəbir daşını məhv etmişdirlər, qəbiristanlığa 50 min dollardan çox ziyan vurulduğu bildirilmişdir.