15 May 2024
"Nazirlər vəzifəyə ata-baba sərmayəsi kimi baxır, azad sahibkarlıq mühiti yoxdur" - Milli Məclisdə ETİRAZ

"Nazirlər vəzifəyə ata-baba sərmayəsi kimi baxır, azad sahibkarlıq mühiti yoxdur" - Milli Məclisdə ETİRAZ

31 May 2023
Baxış: 486

"Bizdə gözəl nazirlər, öz vəzifəsini layiqincə yerinə yetirənlər var, lakin tutduğu vəzifəyə ata-baba sərmayəsi kimi baxanlar da var".


AJMEDİA.İNFO xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Razi Nurullayev “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili ölkədə azad sahibkarlıq mühitinin olmadığını qeyd edib:


"Bəzən məni qınayırlar ki, ölkədə azad sahibkarlıq mühitinin olmadığını deyirəm. Lakin hər şey kağız üzərindədir. Bu gün vergi güzəştləri ləğv olunmalıdır. Biznes mühitində dəyərlər yaratmaq lazımdır. Hər kəsin gözü önündə şərait yaradıb sonradan cəhənnəm əzabının yaşadılması düzgündürmü? Prezidentin fəarman və sərəncamları yerinə yetirilsəydi, hər yer gül-çiçək olardı. Bu gül-çiçəyin yerinə tikan əkənlər var və onlar qorxmurlar. Bilmirəm, mənim xəstəliyimin adı daltonizmdir, ya onların. Biz öncə siyasi birliyi düşünməliyik. İlk olaraq Qarabağı, köçkünlərimizin yurduna qayıtmağını düşünməliyik".


Deputat ölkəyə qoyulan sərmayələrin xüsusi diqqətdə saxlanılmalı olduğuna diqqət çəkib:

"Necə olur ki, ayrı-ayrı şəxslərə yaşıl işıq yandırılır, başqa şəxslərə yox? Əgər kimsə ölkəyə 1 milyon sərmayə qoymaq istəyirsə, onun yaxasından medal asmaq lazımdır, kim 5-10 milyon manat sərmayə qoyursa, onun başına dolanmaq lazımdır".(Sfera.az)