02 May 2024
"Münasibətləri yenidən quraq" - İsrail Prezidentindən Fələstinə ÇAĞIRIŞ

"Münasibətləri yenidən quraq" - İsrail Prezidentindən Fələstinə ÇAĞIRIŞ

06 Sentyabr 2021
Baxış: 542

İsrail Prezidenti İshak Hersoq Fələstin hakimiyyətini əlaqələri yenidən qurmağa çağırıb.

AJMEDİA.İNFO xəbər verir ki, məlumatı “TRTHaber” yayıb.

O bildirib ki, özünün və İsrailin müdafiə naziri Benni Qantzın Fələstinin dövlət başçısı Mahmud Abbasla bir araya gəlməsi münasibətlər üçün əhəmiyyətli addımdır.

İsrail Prezidentinin sözlərinə görə, Fələstin rəhbərliyi ilə əlaqələr doğru addımdır və ölkəsinin təhlükəsizliyinə faydalı olacaq.

İsaak Herzoq İsrailin müdafiə naziri Benni Qantzın Fələstinlə müzakirələr aparmaq istəməməsi ilə bağlı sualı cavabsız qoyub.

Fələstinin Baş naziri Məhəmməd İştiyye də İsraillə ikitərəfli görüşləri qəbul etmədiklərini bildirib. O, ABŞ Prezidenti Cozef Bayden seçkiqabağı vədlərini xatırladaraq İsrailin Fələstinlə imzaladığı razılaşmalara əməl etməsinin vacibliyini vurğulayıb.(Report)