02 May 2024
Messi köynəyini Roma Papasına hədiyyə göndərdi

Messi köynəyini Roma Papasına hədiyyə göndərdi

19 Oktyabr 2021
Baxış: 454

PSJ-nin ulduz futbolçusu Lionel Messi imzalı köynəyini Roma Papasına hədiyyə göndərib.

Hədiyyəni Fransiskə Fransanın Baş naziri Jan Kasteks çatdırıb.

Qeyd edək ki, Messi kimi, Roma Papası da argentinalıdır. O, müsahibələrində uşaq yaşlarından futbol azarkeşi olduğunu bildirib.(Qafqazinfo.az)