15 May 2024
"Marketlərdə qiymətlər günbəgün qalxır" - Tanınmış aparıcı ÜSYAN ETDİ

"Marketlərdə qiymətlər günbəgün qalxır" - Tanınmış aparıcı ÜSYAN ETDİ

27 Avqust 2021
Baxış: 760

Aparıcı Turan İbrahimov ərzaqların qiymətinin bahalaşmasından gileylənib.

AJMEDİA.İNFO xəbər verir ki, o, bu haqda sosial şəbəkədə paylaşım edib.

"Vallah bizim insanlara halal olsun. Marketlərdə hər şeyin qiyməti günbəgün, aybaay qəpik-qəpik, manat-manat qalxır, maaşlar isə olduğu kimi qalır. Necə dolanırıq, əməllicə möcüzədir. Şişirtmirəm, bu, ayrıca sosioloji araşdırma mövzusudur" deyə, aparıcı paylaşımında qeyd edib.