02 May 2024
Kürdə batan ata ilə qızının FOTOSU

Kürdə batan ata ilə qızının FOTOSU

19 Aprel 2024
Baxış: 296

Aprelin 12-si Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndindən keçən hissəsində batan Zərdabın Qoruqbağı kənd sakini Süleymanov Vaqif Tahir oğlunun meyiti tapılıb.

AJMEDİA.İNFO xəbər verir ki, V.Süleymanovun meyiti batdığı yerdən təqribən 7-8 km aralıda, çayın Zərdabın Pərvanlı kəndindən keçən hissəsində tapılıb.

Amma atası ilə birlikdə batan 6 yaşlı Səma Süleymanlının axtarışları davam edir.

Xatırladaq ki, Zərdab rayonu Qoruqbağı kənd sakini Vaqif Süleymanov ailəsi ilə istirahət edirmiş. Bu zaman 6 yaşlı qızı Səma Kürə düşüb, atası isə onu xilas etmək istəyərkən boğulub.

Kürdə batan atanın meyiti tapıldı - Qızının axtarışları davam edir