02 May 2024
"Kim Çen Inla rəqabət aparır" - Erməni qəzeti Paşinyanı LAĞA QOYDU

"Kim Çen Inla rəqabət aparır" - Erməni qəzeti Paşinyanı LAĞA QOYDU

29 Sentyabr 2021
Baxış: 542

Ermənistanın Baş naziri Nikol Paşinyanın öz təhlükəsizliyi barədə narahatlığı günü-gündən artır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazır.

Nəşrin məlumatına görə, “xalqın içərisindən çıxan Nikol Paşinyan” bir zamanlar işə velosiped ilə gedirdi. İndi isə ölkənin Baş naziri öz xalqından elə qorxur ki, gündən-günə özünü xalqdan təcrid edir və mühafizəçilərinin sayını artırır.

“Bu gün Paşinyanın mühafizəsi ilə bütöv bir struktur – Milli Təhlükəsizlik Xidmətinin tərkibində fəaliyyət göstərən Dövlət Təhlükəsizlik Xidməti (MTX) məşğul olur. Keçmişdə Serj Sarkisyanı mühafizəçilərinin sayına görə tənqid etmişdik. Lakin Paşinyan onu demək olar ki, hər şeydə üstələyib və buna görə də Şimali Koreya lideri ilə rəqabət apara bilər”, - deyə qəzet əlavə edir.

Məlumatda, həmçinin qeyd olunur ki, N.Paşinyanın səfəri zamanı Ermənistan parlamenti mühasirəyə alınmış qalaya bənzəyir. Bununla yanaşı, Paşinyan “Yerablur” panteonuna getdikdə onu hər hansı “təhlükə” yarandıqda qorumaq üçün qara çemodanlar daşıyan onlarla mühafizəçi əhatə edir.

“Paşinyan hazırda qanuna dəyişiklik etmək və Dövlət Nəzarəti Xidmətini özünə tabe etmək istəyir. O, bununla öz təhlükəsizliyini daha da gücləndirmək və onun təhlükəsizliyini təmin edən struktura MTX direktoru vasitəsi ilə deyil, birbaşa təsir etmək istəyir. Daha dəqiq desək, Paşinyan Milli Təhlükəsizlik Xidmətinə və onun direktoruna çox da güvənmir”, - deyə məlumatda bildirilir.(Qafqazinfo)