15 May 2024
İsrailli həkimlərə BU ŞƏXSLƏRLƏ görüşmək QADAĞAN EDİLDİ

İsrailli həkimlərə BU ŞƏXSLƏRLƏ görüşmək QADAĞAN EDİLDİ

17 Yanvar 2024
Baxış: 373

İsrailli həkimlərin Birləşmiş Millətlər Təşkilatının (BMT) rəsmiləri ilə görüşməsinə qadağa qoyulub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə “Times of Israel” nəşri məlumat yayıb.

Məlumatda qeyd olunub ki, BMT İnsan Haqları Şurası tərəfindən yaradılmış İstintaq komitəsi 7 oktyabr hadisələrinin şahidi olan israilli həkimlər və digər səhiyyə işçiləri ilə əlaqə saxlamağa çalışır. Bildirilib ki, komitə “beynəlxalq və gender əsaslı cinayətləri” araşdırır və səhiyyə rəsmilərindən bu barədə müsahibə götürmək istəyir.

Qeyd edək ki, BMT-nin İnsan Haqları Şurası tərəfindən yaradılmış İstintaq komitəsinin hazırladığı hesabat iyun ayında tamamlanaraq BMT Baş Assambleyasına təqdim olunacaq.(Sfera.az)