06 May 2024
İsrailin XİN rəhbəri ərəb ölkəsinə gedir - SƏFİRLİK AÇILACAQ

İsrailin XİN rəhbəri ərəb ölkəsinə gedir - SƏFİRLİK AÇILACAQ

22 İyun 2021
Baxış: 505

İsrail xarici işlər naziri Yair Lapid Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) rəsmi səfər edəcək.

AJMEDİA.info xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.

29-30 iyun tarixlərində baş tutacaq səfər zamanı Lapid İsrailin BƏƏ-dəki Səfirliyi və Dubay Konsulluğunun rəsmi açılışını da edəcək.

Qeyd edək ki, Y.Lapid BƏƏ və İsrail arasında münasibətlərin normallaşması razılaşmasından sonra Əbu-Dabiyə səfər edən ilk İsrail naziri olacaq.