15 May 2024
İsrail və ərəb ölkəsi arasında TARİXİ RAZILAŞMA - FOTO
İsrail və ərəb ölkəsi arasında TARİXİ RAZILAŞMA - FOTO

İsrail və ərəb ölkəsi arasında TARİXİ RAZILAŞMA - FOTO

30 İyun 2021
Baxış: 601

İsrail xarici işlər naziri Yair Lapid və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Şeyx Abdullah ben Zaid arasında iqtisadi və ticari əməkdaşlıqla bağlı razılaşma imzalanıb.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə İsrail hökumətinin məlumatında deyilir.

Görüşün Əbu-Dabidə baş tutduğu bildirilib.

Qeyd edək ki, Y.Lapid İsrail XİN rəhbəri olaraq tarixdə ilk dəfə BƏƏ-yə rəsmi səfər edib. Səfər zamanı İsrailin BƏƏ-dəki səfirliyinin açılışı keçirilib.