02 May 2024
İsrail və Əbu-Dabi kinematoqrafçıları Regional Film Festivalına ev sahibliyi etməyi qəbul etdilər

İsrail və Əbu-Dabi kinematoqrafçıları Regional Film Festivalına ev sahibliyi etməyi qəbul etdilər

21 Sentyabr 2020
Baxış: 1300

Abu Dabi Kinematoqrafçılar Birliyi və İsrail Kinematoqrafiya fondu, Sam Spiegel Teatrı ilə birlikdə kino sahəsində əməkdaşlıq müqaviləsi imzalayıblar.

Xüsusilə rejissorlar İsrail və Birləşmiş Ərəb Əmirliklərindən əsərlərin nümayiş olunduğu regional bir film festivalı keçirməyə razı olublar.

Bundan əlavə, kinorejissorlar birgə seminarlar keçirmək və tələbə mübadiləsi proqramlarına başlamaq niyyətindədirlər.