06 May 2024
İsrail rus bazası yaxınlığındakı LİMANI VURDU

İsrail rus bazası yaxınlığındakı LİMANI VURDU

28 Dekabr 2021
Baxış: 617

İsrail Hərbi Hava Qüvvələri Suriyanın Latakiya limanına aviazərbələr endirib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.

“Bu gün saat 3:21-də (Bakı vaxtı ilə saat 5:21) İsrail Aralıq dənizindən Latakiya şəhərinin qərbindəki ticarət limanının konteyner meydanına havadan raket zərbəsi endirib”, - məlumatda qeyd olunub.

Zərbələrdən sonra ərazidə yanğın başlayıb, böyük ölçüdə maddi ziyanın dəydiyi bildirilir.

Qeyd edək ki, Latakiya limanı Rusiya hərbi bazasının olduğu Hmeymimin yaxınlığında yerləşir.