02 May 2024
İsrail İran və Əsəd qüvvələrinə ZƏRBƏLƏR ENDİRDİ

İsrail İran və Əsəd qüvvələrinə ZƏRBƏLƏR ENDİRDİ

03 Sentyabr 2021
Baxış: 613

İsrail qırıcıları Suriya paytaxtı Dəməşqin ətrafına hava zərbələri endirib.

AJMEDİA.İNFO xəbər verir ki, hücum zamanı paytaxtda şiddətli partlayışlar eşidilib.

Məlumata görə, İsrail qırıcıları Livan hava sahəsi istiqamətindən Dəməşq yaxınlığındakı bəzi nöqtələrə zərbələr endirib.

Raket zərbələrinin çoxunun Suriya hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyi qeyd olunur. Bildirilir ki, hücum sadəcə maddi zərər vurub.

Qeyd edilir ki, İsrail qırıcılarının hədəfində Cemeyre Elmi Araşdırmalar Mərkəzindəki Əsəd qüvvələri və İran tərəfindən dəstəklənən şiə milislərin mövqeləri olub.(teleqraf.com)