15 May 2024
İsrail HƏMAS-a aid neçə mədəni məhv edib? - Sayı AÇIQLANDI

İsrail HƏMAS-a aid neçə mədəni məhv edib? - Sayı AÇIQLANDI

22 Noyabr 2023
Baxış: 361

İsrail Müdafiə Qüvvələri (SAXAL) Fələstinin HƏMAS radikal hərəkatının yeraltı tunellər şəbəkəsinin bir hissəsi olan 400-ə yaxın mədəni məhv edib.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin rəsmi teleqram kanalında dərc olunan məlumatda deyilir.

Bundan əvvəl İsrail ordusu Qəzza zolağının şimal-şərqində yerləşən Beyt Hanun şəhərində qruplaşmanın bir neçə tunelini dağıdıb. Yaşayış binasının içərisində yeraltı tikililər aşkar edilib.