15 May 2024
İrəvanda ticarət mərkəzində şok anlar: Azərbaycan kəşfiyyatçıları... - VİDEO

İrəvanda ticarət mərkəzində şok anlar: Azərbaycan kəşfiyyatçıları... - VİDEO

08 Aprel 2023
Baxış: 733

İrəvanda "Meqamol" ticarət mərkəzində Vayfayın adının "Qarabağ Azərbaycandır - FenixBaku" olaraq dəyişdirilməsi ərazidəki insanlar arasında böyük təşvişə səbəb olub.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Ərazidə başqa Vayfaylar olsa da, yalnız bir restoranın şəbəkəsi sındırılıb və adı, parolu dəyişdirilib. Restoranın Hadrutdan köçən bir ailəyə məxsus olduğu, onların böyük narahatlıq keçirdiyi bildirilib.

Məsələ ilə bağlı aidiyyəti orqanlarla əlaqə saxlanılıb.

Qeyd edək ki, xəbər sosial şəbəkənin erməni seqmentində təşvişlə qarşılanıb. Onlar Azərbaycanın kəşfiyyat orqanlarının əməkdaşlarının İrəvanda olduqlarını iddia ediblər. Bir qisim isə bunu məsafədən də etməyin mümkün olduğunu yazıblar. Turkustan.az