02 May 2024
İranın nüvə proqramı üzrə növbəti danışıqların vaxtı açıqlandı

İranın nüvə proqramı üzrə növbəti danışıqların vaxtı açıqlandı

07 Dekabr 2021
Baxış: 578

İranın nüvə proqramına dair Hərtərəfli Birgə Fəaliyyət Planı (JCPOA) çərçivəsində növbəti danışıqlar dekabrın 9-da Vyanada keçiriləcək.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran xarici işlər naziri Əli Bağıri ilə Avropa İttifaqı baş katibinin müavini, Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) baş katibi Enrike Mora arasında razılıq əldə olunub.

Xatırladaq ki, JCPOA üzrə danışıqların 7-ci mərhələsi dekabrın 3-də başa çatıb.